AZ

Pakistanda terror aktı törədilib: bir neçə polis öldürülüb 

Vətəninfo.az xəbər verir ki, bu gün Pakistanın Xeybər Paxtunxva əyalətinin şimal-qərbində polis avtomobilinə silahlı hücum nəticəsində beş polis həlak olub.

Yerli mənbələrin məlumatına görə, polislər neft obyektlərinin mühafizəsinə göndərilərkən naməlum silahlı şəxslər tərəfindən atəşə tutulub. Hücumdan sonra silahlılar polis avtomobilini yandıraraq hadisə yerindən qaçıblar.

Təhlükəsizlik qüvvələri ərazini mühasirəyə alıb və hücumu törədənlərin saxlanılması üçün antiterror əməliyyatı başladılıb.
Pakistanın Baş naziri Şahbaz Şərif hadisəni pisləyib, həlak olan polislərin ailələrinə başsağlığı verib.

Seçilən
14
veteninfo.az

1Mənbələr