AZ

Azərbaycanın sığorta bazarı 12 %-ə yaxın böyüyüb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda sığorta bazarı üzrə yığımlar 1 milyard 365 milyon 354 min manata yüksəlib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 144 milyon 726 min manat və ya 11,9% artım deməkdir. Xatırladaq ki, ötən ilin eyni dövründə sığorta yığımları 1 milyard 220 milyon 628 min manat təşkil etmişdi.

Bu dövrdə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 844 milyon 833 min manat təşkil edib. Başqa sözlə, son bir ildə ödənişlərin həcmi 167 milyon 718 min manat və ya 24,8% artıb. Ötən ilin müvafiq dövründə bu göstərici 677 milyon 115 min manat olmuşdu.

Nəticədə, sığorta bazarının ümumi zərərlilik göstəricisi ötən ilin eyni dövründəki 55,5%-dən bu il 61,9%-ə yüksəlib.

Seçilən
25
fed.az

1Mənbələr