AZ

Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti “Aydınoğlu Mebel”ə tender keçirmədən 100 min ödəyəcək

“Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsi avadanlıqların alınmasına görə “Laçın Aydınoğlu Mebel” MMC-yə 98 531 AZN ödəyəcək.

 

Pravda.az-ın xəbərinə görə, tərəflər arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib. Yəni, “Bir mənbə metodu” tətbiq olunub.

 

MMC-nin nizamnamə kapitalı 100 AZN, rəhbəri isə İlkin Sahib oğlu Əlisəfazadədir.

 

Cabir

Tarix: 24 Dekabr 2025, 11:10   
Seçilən
22
pravda.az

1Mənbələr