Azvision portalından verilən məlumata görə, ain.az xəbər yayır.
AzVision.az xəbər verir ki, bu sözləri Türkiyənin Dəyanət işləri üzrə rəhbəri Safi Arpaquş Bakıda keçirilən Azərbaycan Din Xadimlərinin İkinci Forumunda dilə gətirib. O vurğulayıb ki, belə bir tarixi multikultural dəyərlər anlayışı məhz dövlətin bu sahədə siyasəti əsasında formalaşıb: "Çünki hər bir ölkədə əsas hüquq və azadlıqlar, din və vicdan azadlığı bütövlükdə tanındığı təqdirdə təhlükəsiz və dinc mühit ərsəyə gəlir. Milli birlik və bərabərlik ruhu, ictimai həmrəylik mədəniyyəti yalnız belə bir şəraitdə üzə çıxır". Safi Arpaquşun sözlərinə görə, son əsrlərdə islam dünyası ciddi imtahanlarla qarşı-qarşıya qalıb: "Bu gün başda Fələstin olmaqla dünyanın bir çox yerində müharibə hökm sürür, milyonlarla insanın hüquq və azadlıqları tapdalanır, onlar aclıq və səfalət içində yaşamaq uğrunda müharizə aparırlar. Belə bir vəziyyətdə bəşəriyyətin təhlükəsiz və dinc mühit axtarışı ən yüksək səviyyətə çatıb. Bu baxımdan islam dininin irəli sürdüyü haqq və ədalət anlayışı, fərqli dünyagörüşlərinə tolerant münasibəti böyuk əhəmiyyət qazanıb. Bütün bəşəriyyət belə bir amalda toplaşmalıdır. Türkiyə Dəyanət İşləri Rəhbərliyi bu çərçivədə hər cür əməkdaşlığa hazırdır". O öz çıxışında həmçinin Qarabağ müharibələrinin şəhidlərini ehtiramla andığını, qazilərə şəfa dilədiyini vurğulayıb. AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.