ABŞ-nin Filadelfiya şəhəri yaxınlığında yerləşən qocalar evində partlayış baş verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, partlayışlar nəticəsində 2 nəfər həlak olub.
Partlayış nəticəsində binanın bir hissəsinin uçduğu, həmçinin 5 nəfərdən hələ də xəbər alınmadığı qeyd olunub.
Axtarış-xilasetmə işləri davam edir.