AZ

Tailand və Kamboca 27 dekabrda atəşkəs rejimini müzakirə edəcəklər

Tailand və Kamboca Baş Sərhəd Komitəsinin yüksək səviyyəli iclası 27 dekabrda keçiriləcək.

Ucnoqta.az xəbər verir ki, Tailand Xarici İşlər Nazirliyi bu barədə məlumat yayıb. Məlumata görə, iki ölkə arasındakı münaqişədə atəşkəsin təmin edilməsi məsələsi müzakirə ediləcək.

Bu mexanizm çərçivəsində danışıqlar 24-26 dekabr tarixlərində katiblik səviyyəsində keçiriləcək. Yüksək səviyyəli görüş 27 dekabrda keçiriləcək.

Seçilən
17
ucnoqta.az

1Mənbələr