AZ

Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində yeniliklər biznes subyektlərinin nəzərinə çatdırılıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə onlayn görüş keçirilib. Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində yeniliklərə həsr olunmuş görüşdə biznes subyektləri, KOB dostları və startapçılar iştirak ediblər.

DVX-nin Vergi ödəyicilərinin qeydiyyatı və uçota nəzarət baş idarəsinin şöbə rəisi Leyla Hüseyn-zadə təqdimatla çıxış edərək kommersiya qurumlarının dövlət qeydiyyatı sahəsində həyata keçirilən islahatlar, qanunvericiliyin təkmilləşdirilməsi və yaradılmış yeni texniki imkanlar barədə ətraflı məlumat verib.

Təqdimat zamanı biznesə başlamaq üçün yaradılmış müasir qeydiyyat sistemlərinin üstünlükləri qeyd olunub. İştirakçılara biznesin təsis edilməsi qaydalarının təkmilləşdirilməsi, biznes startapları üçün rəqəmsal dövlət xidmətləri və informasiyanın şəffaflığı məsələləri barədə ətraflı məlumat verilib, vergi ödəyicilərinin elektron qeydiyyatı istiqamətində əldə edilmiş nəticələr və bu sahədə rəqəmsallaşmanın pozitiv dinamikası təqdim olunub.

Görüş zamanı interaktiv müzakirələr aparılıb, iştirakçılar gözlənilən rəqəmsal yeniliklər barədə məlumatlandırılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Seçilən
13
vergiler.az

1Mənbələr