AZ

Durovdan ona uşaq doğacaq qadınlara maraqlı təklif

"Telegram" messencerinin təsisçisi və baş icraçı direktoru Pavel Durov donor spermasından istifadə edərək ana olmaq istəyən 38 yaşdan aşağı qadınlar üçün süni mayalanma prosedurlarının bütün xərclərini qarşılamağa hazır olduğunu bəyan edib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Durovun sözlərinə görə, o, ilk dəfə 2010-cu ildə sağlamlıq problemləri səbəbindən övlad sahibi ola bilməyən bir dostunun xahişi ilə sperma donoru olub. Daha sonra həkimlərin tövsiyəsi ilə "keyfiyyətli genetik material çatışmazlığı" səbəbindən donorluğu davam etdirmək qərarına gəlib.

Sahibkarın iddiasına əsasən, onun donorluğu nəticəsində 12 fərqli ölkədə 100-dən artıq ailə övlad sahibi olub. Durov müxtəlif qadınlarla münasibətlərindən altı bioloji övladının olduğunu da açıqlayıb.

O, sperma donorluğunu özünə vətəndaş məsuliyyəti kimi qəbul etdiyini bildirib və kişilərin reproduktiv sağlamlığının qlobal səviyyədə zəifləməsini ekoloji problemlərlə əlaqələndirib. Durov həmçinin donor yolu ilə dünyaya gələn uşaqlarla bioloji qohumluqdan olan övladları arasında fərq qoymadığını vurğulayıb. Onun sözlərinə görə, gələcəkdə qohumluq faktı sübuta yetirilərsə, bu uşaqlar da sərvətinə iddia etmək hüququna malik ola bilərlər.

Məlumata görə, Pavel Durovun sərvəti təxminən 17 milyard ABŞ dolları dəyərində qiymətləndirilir. Bildirilir ki, 2024-cü il ərzində onlarla qadın Durovun donor materialının saxlanıldığı Moskva klinikasına müraciət edib. Hazırda Durov birbaşa donorluqla məşğul olmasa da, klinikada onun bioloji material nümunələri qorunur. Bu nümunələr yalnız 37 yaşdan aşağı subay qadınlara təqdim edilir, embrionlar isə genetik yoxlamadan keçirilir. Xidmətlər əsasən həm Rusiyada, həm də xaricdə yaşayan imkanlı şəxslər üçün nəzərdə tutulub.

Hüseyn
Milli.Az

Seçilən
33
1
milli.az

2Mənbələr