AZ

“Pezeşkiana qarşı mövcud sistemin qara pərdələr arxasında oturanları...”

“Bu mövzuda bundan əvvəlki açıqlamamda qeyd etmişdim ki, İran prezidenti Məsud Pezeşkianı mövcud sistemin mahiyyətini tənqid etdiyinə görə "sionist" adlandıra bilərlər. Ehtimalım çox gecikmədi. İran parlamentinin üzvü Kamran Qəzənfəri artıq belə bir açıqlama verib: "Mövcud sənədlər İran prezidenti Məsud Pezeşkianın İsrail ilə əməkdaşlıq etdiyini sübut edə bilər. Bu iddia ilə bağlı real sənədlərə sahibəm, lakin onların məzmununun təfərrüatları ictimaiyyətlə paylaşılmayacaq””. 

Adalet.az xəbər verir ki, bunu siyasi şərhçi Tural İrfan deyib. 

Onun sözlərinə görə, mövcud sistemin əsaslandığı ideologiya hədəflər və məqsədə çatmaq üçün heç bir müqəddəslik tanımır:

“İslam tarixində Əməvi xanədanına məxsus olmuş bütün mənfur vasitələrdən istifadə edir. Adını din, məzhəb qoyduqları, halbuki mahiyyətini təhrif edərək əslində Əhəməni, Sasani məfkurəsi ilə sintez olunmuş anti-islami istiqamətlərinə görə şərləmək, böhtan atmaq, şantaj etmək nəinki icazəlidir, hətta məqsədə çatmaq üçün vacibdir.  Bu hökm kimi müctəhidlərin kitablarında da təsbit olunub. Hətta bir az da irəli gedərək öz ideoloji xətlərinə müxalif olanları açıq şəkildə şərləyib, böhtanlamağın zəruri olması haqqında İmam Baqir və İmam Sadiqin adına hədislər də uydurublar”. 

T.İrfan bildirib ki, bu, orta əsrlərdə yaranmış fars şüubiyyəsinin ideoloji xəttinin tərkib hissəsidir:

“Əvvəlki yazımda hətta vaxtilə Pezeşkian kimi açıq fikirli olduqlarına görə neçə dövlət adamının başını yediklərini qeyd etmişdim. Hətta onların içində inqilabın öndərləri, ayətullahlar da var. Xalqımız İranın inqilab tarixini yaxşı bilmir. İnanclılar da sadəcə ağaları hansı formada, hansı çərçivədə anladınsa o qədər məlumatlıdır. Məsud Pezeşkiyana qarşı mövcud sistemin qara pərdələr arxasında oturan, indiki dövrün Şəmsəddin Lahiciləri, Müctəhid Kərəkiləri gizli fətva imzalaya bilərlər. Şüubiyyə təşkilatı tarix boyu gizli fəaliyyət göstərib, batini fəlsəfəyə əsaslanıb, təqiyyə (özünü, əsl əqidəsini, niyyətini) etiqadına sadiq qalıb və gizli xüsusi xidmət funksiyasını da sahib olub. Müasir dillə desək bunu "fars dərin dövləti" adlandırmaq olar. Bu sistemin əsasını təşkil edən ideologiyadan yaxa qurtarmaq istəyən iki şah olub, ikisini də öldürüblər. İkinci Şah İsmayıl və Nadir şah. Bu təşkilatın əsas məqsədi hansı görkəmdə olursa olsun fars dövlətini ayaqda saxlamaqla yanaşı tarixi imperiyasını bərpa etməkdir. Sadəcə xalqın əksəriyyəti müsəlman olduğu və inanclı təbəqə kifayət qədər əhali nüfuzunu təşkil etdiyi üçün islam adı, din, məzhəb əsas götürülüb. Lakin daxildə dinin də məzhəbin də tərkibi dəyişdirilib, sırf fars, şüubiyyə, batini ideologiyaya rəng, pərdə kimi örtülüb ki, anti - İslam mahiyyət zahirdə hiss olunmasın. Ancaq bu həqiqət nə qədər gizli saxlanılsa da ara-sıra hətta dövlət rəsmilərinin, ali din xadimlərinin dilindən etiraf olunur”.

Vasif

Seçilən
45
adalet.az

1Mənbələr