Bakı. Trend:
Azərbaycan bu gün dünyada müxtəlif sivilizasiyaların qovuşduğu,əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı,ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh,əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığıdiyar kimi tanınır.
Trend xəbərverir ki, bunu İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) SəbinəƏliyeva Azərbaycan Din Xadimlərinin II Forumunda çıxışı zamanıdeyib.
S.Əliyeva vurğulayıb ki, tarix boyu azərbaycanlıların həyattərzi olan multikulturalizm və tolerantlıq bu gün millikimliyindən, dilindən, dinindən asılı olmayaraq hər bir Azərbaycanvətəndaşının gündəlik həyat tərzinə çevrilib:
“Ölkəmiz tolerantlıq, multikulturalizm, dinlər vəmədəniyyətlərarası dialoq sahəsində müsbət təcrübələri təbliğetməklə yanaşı, bu sahədə fəaliyyət göstərən dini konfessiyalarınnümayəndələrinin bir araya gəlməsi istiqamətində kifayət qədərmühüm tədbirlər həyata keçirməkdədir”.
Ombudsman xatırladıb ki, Azərbaycan son iilər bu sahədə onlarlabeynəlxalq və regional konfrans, forum və simpoziumlara evsahibliyi edib.
“İnanıram ki, bugünkü Forumda müzakirə olunacaq məsələlər,səsləndiriləcək məruzələr dinlərarası effektiv dialoqun qurulması,dövlət-din münasibətlərinin konstitusion norma və prinsipləriəsasında daha səmərəli təmini sahəsində mövcud müsbət təcrübələrintəbliği baxımından əhəmiyyətli olacaq”, - deyə o fikriniyekunlaşdırıb.