AZ

Saatlıda iki nəfər dəm qazından boğularaq ölüb

Saatlı, 24 dekabr, Aydın Yavərzadə, AZƏRTAC

Saatlı rayonunda iki nəfər dəm qazından boğularaq ölüb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Saatlı rayonunun Qaranuru kəndində qeydə alınıb. 1933-cü il təvəllüdlü İbrahim İsmayılov və həyat yoldaşı 1936-cı il təvəllüdlü Pəri İsmayılova yaşadıqları evdə dəm qazının təsirindən boğularaq ölüblər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları baxış keçirib, meyitlər müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Saatlı rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
46
1
azertag.az

2Mənbələr