"Fənərbağça" prezidenti Saadettin Saranın test nəticəsi məlum olub.
Offsideplus.az xəbər verir ki, onun narkotik testi müsbət nəticələnib.
Bu barədə "Habertürk" məlumat yayıb.
Qeyd edək ki, hazırda Türkiyədə narkotik araşdırması gedir. Bu məsələ ilə bağlı artıq bir neçə şəxs həbsdədir.