Daimi nümayəndə Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) əsas prinsiplərinin dəyişməz qaldığını bildirərək, İranın şərtlərini belə sıralayıb:
Nüvə proqramının sülhməramlı xarakterinə dair yoxlanıla bilən zəmanətlərin verilməsi; Nüvə Silahlarının Yayılmaması Haqqında Müqavilə (NPT) çərçivəsində uranın zənginləşdirilməsi hüququ daxil olmaqla, İranın bütün hüquqlarının tanınması; Bütün sanksiyaların ləğv edilməsi və İran iqtisadiyyatının beynəlxalq ticarət sisteminə inteqrasiyası.
İrəvani qeyd edib ki, əgər Avropa ölkələri diplomatiyada səmimidirlərsə, Vaşinqtonu yanlış yoldan çəkindirməlidirlər:
"Əgər Fransa və Böyük Britaniya Vaşinqtonun uğursuz "sıfır zənginləşdirmə" siyasətini dəstəkləməyə və İranın ayrılmaz hüquqlarını inkar etməyə davam etsələr, diplomatiya faktiki olaraq məhv olacaq."
Sonda diplomat Qərbin "güc vasitəsilə sülh" yanaşmasını tənqid edərək, bu cür hərəkətlərin beynəlxalq hüququ zəiflətdiyini və dünyanı "cəngəllik qanunları"na sürüklədiyini bildirib.