AZ

Erməni işğalı dövründə azərbaycanlılara məxsus dini abidələr, qəbiristanlıqlar dağıdılıb - Ombudsman

Bakı. Trend:

Artıq suverenliyi və ərazi bütövlüyü tam bərpa edilmişölkəmizdə, xüsusən Qarabağ və Şərqi Zəngəzurda yeni bir dirçəlişabı-havası hökm sürür.

Trend xəbərverir ki, bunu İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) SəbinəƏliyeva Azərbaycan Din Xadimlərinin II Forumunda çıxışı zamanıdeyib.

Ombudsman bildirib ki, uzun illər hüquqları kobudcasına pozulmuşməcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı və fundamentalhüquqlarının bərpası hər kəsi sevindirir:

“Lakin təəssüflə qeyd etmək istərdim ki, 30 ilə yaxın davametmiş Ermənistan işğalı dövründə digər infrastruktur obyektləri iləbərabər, azərbaycanlılara məxsus olan dini abidələr,qəbiristanlıqlar da dağıdılmış və təhqirə məruz qalmışdır.

Hazırda həmin məscidlərin və digər dini abidələrin yenidənqurularaq istifadəyə verilməsinə Prezident İlham Əliyev və Birincivitse-prezident Mehriban Əliyeva tərəfindən böyük diqqət ayrılmasıxalqımızın əsrlərdir yaşatdığı dini inanclarına ehtiramıngöstəricisidir.

Artıq Azərbaycan dünyada humanitar təşəbbüslər, dini abidələrininşasına göstərdiyi dəstəklə də tanınır”.

Səbinə Əliyeva bildirib ki, erməni işğalı dövründə məscidlərin,dini abidələrin demək olar ki, hamısı dağıdılaraq məhv edilib,təhqirlərə məruz qalıb, qəbiristanlıqlarda kütləvi şəkildə minalarbasdırılıb.

"Ombudsman təsisatı olaraq, məscidlərin, dini abidələrin vəqəbiristanlıqların erməni vandalizm aktlarına məruz qalmalarını əksetdirən faktları aidiyyəti hesabatlarımızda əks etdirərək dünyaictimaiyyətinin, o cümlədən müxtəlif dini icma və konfessiyalarındiqqətinə çatdırmışıq", - deyə o vurğulayıb.

Məqalədə:
Seçilən
90
2
az.trend.az

3Mənbələr