AZ

Azərbaycanlıların böyrəyini satan qadından YENİ XƏBƏR

Lent az saytından alınan məlumata görə, ain.az bildirir.

Qazaxıstan Baş Prokurorluğunun və İnterpolun əməkdaşları Polşadan insan orqanlarının alverində ittiham olunan və axtarışda olan Ukrayna vətəndaşını ekstradisiya ediblər.

Lent.az xarici mediaya istinadla bildirir ki, qadın 2017–2018-ci illərdə transmilli mütəşəkkil cinayət qrupunun üzvü olaraq insan orqanlarının qanunsuz alqı-satqısı ilə məşğul olmaqda şübhəli bilinir.

O, həmçinin maddi mənfəət üçün Qazaxıstan, Ermənistan, Azərbaycan, Ukrayna, Qırğızıstan, Tacikistan, Özbəkistan və Tailandda 56 şəxsin böyrəklərini qanunsuz əldə etməkdə və onları satmaqda təqsirli bilinib.

İnterpolun qırmızı bülleteni ilə axtarışda olan 35 yaşlı Kseniya P. adlı qadın Polşa ilə Ukrayna arasındakı dəmir yolu keçidində saxlanılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
lent.az

1Mənbələr