AZ

Azərbaycandan bu məhsulun ixracı kəskin artıb

2025-ci ilin ilk 11 ayı (yanvar-noyabr) ərzində Azərbaycandan 57 milyon 104 min dollar dəyərində 79 min 793 ton şəkər ixrac edilib.

Bu barədə Marja.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.

2024-cü ilin ilk 11 ayı (yanvar-noyabr) ərzində Azərbaycandan 37 milyon 482 min dollar dəyərində 49 min 342 ton şəkər ixrac edilmişdi.

Beləliklə, Azərbaycandan şəkər ixracı 2025-ci ilin ilk 11 ayı ərzində ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 19 milyon 622 min dollar və ya 52,4%, miqdar ifadəsilə 30 min 451 ton və ya 61,7% artıb. 

Seçilən
27
1
marja.az

2Mənbələr