Azərbaycan dünyada minadan ən çox əziyyət çəkən dövlətlərdən biridir və bu problem təcili beynəlxalq diqqət və dəstək tələb edir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ-nin "The National Interest" jurnalı yazır.
"Azərbaycan artıq (azad edilmiş ərazilərdə) genişmiqyaslı minatəmizləmə işləri aparır, lakin minalarla çirklənmənin miqyası əlaqələndirilmiş beynəlxalq yardım tələb edir", - jurnal qeyd edir.
Nəşr xatırladır ki, indiyədək 361-i uşaq daxil olmaqla 3 min 500 Azərbaycan vətəndaşı minaların qurbanı olub.
"Hərbi əməliyyatların başa çatdığı 2020-ci ilin noyabrında bəri 388 nəfər minaya düşərək həlak olub və ya yaralanıb, onların böyük əksəriyyəti mülki şəxslərdir. Bu faciələr 700 mindən çox məcburi köçkünün öz evlərinə qayıtması prosesinin gecikməsi, eləcə də müharibə dövründə itkin düşmüş təxminən 4 min vətəndaşın qalıqlarının axtarışı zamanı davam edən çətinliklərlə daha da ağırlaşır", - nəşrdə qeyd olunur.