AZ

Ankarada qəzaya uğrayan təyyarə ilə bağlı araşdırmalar davam edir

Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Məhəmməd Əli Əhməd əl-Həddad və nümayəndə heyəti Ankaraya səfərdən geri dönərkən təyyarə qəzasında həlak olublar.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Türkiyə KİV məlumat yayıb.

"Falcon 50" tipli təyyarə Ankara vilayətinin Haymana rayonunun Kesikkavak kəndi ərazisində dağlıq sahəyə düşüb.

Bölgəyə göndərilən təhlükəsizlik qüvvələrinin apardığı işlər nəticəsində təyyarənin qalıqlarına çatılıb. 

Ankara Respublika Baş Prokurorluğu tərəfindən istintaqla bağlı 4 respublika prokuroru da işlərdə iştirak edir.

Təyyarə qəzasından sonra Liviyada üçgünlük matəm elan edib.

Seçilən
22
operativmm.az

1Mənbələr