AZ

Qocalar evində partlayış: 2 nəfər həlak oldu

ABŞ-nin Pensilvaniya ştatının Filadelfiya şəhəri yaxınlığında yerləşən bir qocalar evində baş verən partlayışda 2 nəfər həyatını itirib.

"Cebheinfo.az" xəbər verir ki, ABŞ rəsmiləri Filadelfiya yaxınlığındakı qocalar evində baş verən partlayış və yanğınla bağlı açıqlama veriblər.

Rəsmilərin bildirdiyinə görə, əməkdaşlar qaz sızmasını yoxlayarkən qısa fasilələrlə iki partlayış baş verib. 

Partlayış nəticəsində binanın bir hissəsi dağılıb və 5 nəfərdən xəbər alınmır.

Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.

Seçilən
35
cebheinfo.az

1Mənbələr