AZ

Prezident İlham Əliyev: Ulu Öndər Heydər Əliyev siyasi irsinin davamçısı və təhsilin inkişafına strateji yanaşma

ain.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Müasir Azərbaycan dövlətinin möhkəm təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bu siyasi irs bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ardıcıl və müasir dövrün çağırışlarına uyğun şəkildə davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən biri də təhsil sahəsinin davamlı inkişafının təmin edilməsidir. Ulu Öndər Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” fikri Prezident İlham Əliyevin təhsil siyasətində əsas ideoloji xətt kimi qorunub saxlanılır. Bu yanaşma təhsilin yalnız sosial sahə deyil, eyni zamanda ölkənin uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsi kimi qəbul edilməsini şərtləndirir. Son illər ərzində ölkə üzrə yüzlərlə yeni məktəb binasının inşa edilməsi, mövcud təhsil müəssisələrinin əsaslı təmiri, təhsil infrastrukturunun müasir standartlara uyğunlaşdırılması dövlət başçısının təhsilə göstərdiyi xüsusi diqqətin göstəricisidir. Xüsusilə regionlarda məktəb şəbəkəsinin yenilənməsi təhsildə bərabər imkanların yaradılmasına və keyfiyyət göstəricilərinin yüksəldilməsinə xidmət edir. Eyni zamanda, təhsil sistemində məzmun və idarəetmə islahatları aparılmış, kurikulumların yenilənməsi, müəllimlərin peşəkar inkişafı, təhsildə rəqəmsallaşmanın genişləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Bu islahatlar şagird və tələbələrin tənqidi düşünmə, problem həll etmə və müasir bacarıqlara yiyələnməsini hədəfləyir. Prezident İlham Əliyevin təhsil siyasətinin mühüm istiqamətlərindən biri də insan kapitalının inkişafıdır. Gənclərin bilik və bacarıqlarının beynəlxalq standartlara uyğun formalaşdırılması, ali təhsilin rəqabətqabiliyyətinin artırılması və elm–təhsil–istehsal əlaqələrinin gücləndirilməsi bu strategiyanın əsas komponentlərindəndir. Qeyd edilməlidir ki, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən təhsil sahəsində həyata keçirilən layihələr də dövlət siyasətini tamamlayaraq təhsilin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verir. Nəticə etibarilə, Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı kimi Azərbaycan təhsilinin inkişafını dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyən etmişdir. Həyata keçirilən ardıcıl islahatlar ölkənin intellektual potensialının gücləndirilməsinə, rəqabətqabiliyyətli və bilikli gənc nəslin yetişdirilməsinə xidmət edir.

Nigar Osmanlı

YAP Yasamal rayon təşkilatının fəalı

308 nömrəli tam orta ümumtəhsil məktəbin direktor əvəzi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
1
sesqazeti.az

2Mənbələr