AZ

Moskvada daha bir partlayış - İki polis həlak oldu - VİDEO - FOTO

Moskvada yol polisinə məxsus xidməti avtomobilin yaxınlığında partlayış baş verib.

Milli.Az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

İlkin məlumata görə, hadisə nəticəsində 2 polis əməkdaşı həlak olub, 2 nəfər isə ağır yaralanaraq xəstəxanaya çatdırılıb.

Qeyd olunub ki, xidməti avtomobilin yanında əl istehsalı partlayıcı qurğu işə düşüb. Partlayışdan sonra avtomobilin üzərində və asfalt örtüyündə çoxsaylı qəlpə izləri aşkarlanıb. Faktla bağlı cinayət işi başlanıb.

Qeyd edək ki, bu hadisə general-leytenant Fanil Sarvarovun öldürülməsindən bir gün sonra baş verib. Sarvarov dekabrın 22-də Moskvanın Yasenovaya küçəsində avtomobilinin altına yerləşdirilmiş partlayıcı qurğunun işə düşməsi nəticəsində həlak olmuşdu. O, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının operativ hazırlıq idarəsinin rəisi vəzifəsində çalışırdı. Rəsmi şəxslər Sarvarovun qətlinin motivləri üzərində araşdırmaların davam etdiyini bildirir. 

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
30
1
milli.az

2Mənbələr