ABŞ prezidenti Donald Trampa hədiyyə edilən Xabarovsk diyarına məxsus qırmızı kürü dünyanın ən yaxşısı hesab olunur.
Redaktor.az xəbər verir ki, bu barədə Xabarovsk diyarının qubernatoru Dmitri Demeşin TASS agentliyinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, balıq nə qədər şimal bölgələrində ovlanırsa, onun tərkibindəki yağlar və amin turşuları bir o qədər çox olur və məhsul daha faydalı sayılır. Bu səbəbdən Rusiya balığı və onun kürüsü dünyanın ən keyfiyyətli məhsulları sırasındadır.
Demeşin Trampa göndərilən qırmızı kürünün ABŞ-a operativ şəkildə çatdırılmasına görə istehsalçılara və “Nevada” şirkətlər qrupuna təşəkkür edib.
Qubernator əlavə edib ki, ABŞ və Amerika qitəsinin digər ölkələri hazırda Rusiyanın məhsul ixracı baxımından əsas geosiyasi maraq dairəsinə daxil deyil. Onun sözlərinə görə, Xabarovsk istehsalçıları əsasən Asiya–Sakit okean regionu ölkələrinə balıq məhsulları ixrac etməyi planlaşdırırlar.
Nuriyyə NATİQQIZI