Ermənistan idxal etdiyi Azərbaycan benzini üçün 1,5 milyon dollar ödəniş edib.
Modern.az xəbər verir ki, bu barədə “Bizim Yolumuz” xalq hərəkatının koordinatoru Narek Karapetyan erməni jurnalistlərə açıqlama verib.
O həmin məbləğdən təxminən 250-300 min dolların Azərbaycan büdcəsinə vergi şəklində daxil olacağını da əlavə edib.
Xatırladaq ki, dekabrın 18-də Azərbaycan SOCAR-ın istehsal etdiyi 1220 ton Aİ 95 markalı benzindən ibarət 22 vaqonluq yük Gürcüstan ərazisi vasitəsilə Ermənistana göndərilib. Kommersiya əsaslı razılaşma üçün ödəniş dünya bazarlarındakı qiymətə uyğun aparılıb.