AZ

Regionda gərginlik pik həddə – Türkiyə dağıdıcı müharibəyə sürüklənir?

Türkiyənin hava məkanına naməlum PUA-ların daxil olması və Qara dənizdə gəmilərin hücuma məruz qalması Ankaranın Ukrayna müharibəsinə sürüklənməsi ilə bağlı iddialara yol açıb.

Bu insidentlər Türkiyənin hədəf alınması, müharibənin Qara dəniz bölgəsinə köçürülməsidirmi?

Globalinfo.az-a danışan Diplomatiya Araşdırmaları Dərnəyinin rəhbəri və İstanbul Aydın Universitetinin prorektoru, professor Dr. Ragıp Kutay Karaca deyib ki, belə bir ssenaridən söhbət gedə bilməz:

“Türkiyənin bu cür məsələlərə daxil edilməsi çox ciddi addım olardı. Türkiyə bu gün qurulmayıb, dövlətçilik ənənəsi Anadolu Səlcuqlu və Osmanlı imperiyalarından gələn bir ölkədir. Təkcə Osmanlı ilə birgə 700 illik, digərlərini də əlavə etsəniz, min illik dövlətçilik təfəkkürünə malikdir. Ona görə də Türkiyə hava məkanına daxil olan iki PUA onu müharibəyə sürükləməz”.

Ekspert bildirib ki, istifadə edilən dron sursat daşıyırsa və bomba effekti yarada biləcək vəziyyətdədirsə, istənilən obyekti vura bilər:

Regionda

Dr. Ragıp Kutay Karaca

“Lakin təyyarəyə nə qədər zərər verə biləcəyi zərbə nöqtəsindən asılıdır. Məsələn, mühərrikin yerləşdiyi hissəyə dəyərsə, fərqli vəziyyət yaranar. Amma partlayış başqa bir şeydir. İçəridə təhlükəli bir şey daşıyırsınızsa, əlbəttə ki, ciddi zərər görə bilər. Dronlar tanka, təyyarəyə, yerüstü mövqelərə, evlərə – ağılagələcək hər şeyə zərər verə bilər”.

O bildirib ki, Türkiyənin müharibəyə cəlb edilməsi nə Rusiya, nə də Ukraynanın hədəfi ola bilər:

“Türkiyə Qara dənizdə, beynəlxalq sularda gəmilərin PUA-larla vurulması ilə bağlı ciddi narahatlığını ifadə edib. Əlbəttə ki, Ukrayna bununla Rusiyaya müharibənin bitməyəcəyini göstərməyi də hədəfləyə bilər. Bunun avropalıların ABŞ-a qarşı dəstəklədiyi bir proses olması da mümkündür. Bütün bunlar müəyyən dərəcədə mülki hədəflərlə bağlı təhlükəni ortaya qoyur. Lakin şübhəsiz ki, dünya ticarəti dövlətlər üçün müharibələrdən daha vacibdir. Rusiyaya məxsus PUA iki gün sonra Baltik dənizində başqa gəmilərə hücum, təzyiq edərsə, bu, dünya ticarəti üçün fəlakətə səbəb olar. Bunu nə ABŞ, nə də Çin istəyir. Buna görə də hücumlar dayandı”.

Seçilən
32
1
turkustan.az

2Mənbələr