Niderlandın “Ayaks” klubu gənclər komandasının futbolçusu Mark Verkoylun 21 yaşlı sevgilisinin xatirəsini anıb.
Publika.az xəbər verir ki, faciəvi hadisə dekabrın 18-i avtomobil qəzası səbəbi ilə baş verib. Komanda matça qara sarğılarla çıxıb, oyundan əvvəl isə bir dəqiqəlik sükut elan olunub.
“Bu çətin vaxtda Markın və sevgilisinin ailəsinə başsağlığı veririk. Hamımız sizinləyik”, - deyə “Ayaks” klubunun mətbuat xidməti bildirib.
Mediada yayılan məlumata görə, Markın sevgilisi yürüş zamanı avtomobillə vurulub və aldığı xəsarətlər nəticəsində xəstəxanada dünyasını dəyişib. Qəzanı törədən 54 yaşlı qadın hadisə yerindən qaçsa da, həmin gün axşam polis tərəfindən saxlanılıb.
Qeyd edək ki, “Ayaks” təmsilçimiz “Qarabağ”ın UEFA Çempionlar Liqasında rəqibi olub. Bu komandalar arasında Bakıda keçirilən görüşdə Niderland təmsilçisi 4:2 hesabı ilə qələbə qazanıb.