AZ

Premyer Liqa klubu məşqçi axtarır

Premyer Liqa qalmaq uğurunda mübarizə aparan “Karvan-Yevlax” klubu yeni məşqçi axtarışındadır.

İdmanxeber.az-a verilən məlumata görə, Füzuli Məmmədov məşqçilər heyətinə yardımcı cəlb etmək istəyir. Təcrübəli mütəxəssis özünə analitik axtarır.

Rəhbərlik də bu məsələni Məmmədova buraxıb. Seçim mütəxəssisindir. O, kimi istəsə, komandaya cəlb ediləcək.

Xatırladaq ki, Füzuli Məmmədovun baş məşqçi kimi təyinatı hələ də rəsmən açıqlanmayıb. 

Seçilən
20
idmanxeber.az

1Mənbələr