Ucar rayonunda sahibsiz itlər 61 yaşlı kişiyə hücum edib.
“İki sahil” xəbər verir ki, hadisə rayon mərkəzinin 28 May küçəsində qeydə alınıb. Yaşadığı binanın həyətində sahibsiz itlərin hücumuna məruz qalan 61 yaşlı Rəhman Əsgərov müxtəlif xəsarətlər alıb. Ətrafdakı sakinlərin ilkin yardımından sonra onu xəstəxanaya aparıblar.