“Mançester Siti”nin yarımmüdafiəçisi Klaudio Eçeverri icarə əsasında “Jirona”ya keçməyə hazırlaşır.
Apasport.az xəbər verir ki, argentinalı yarımmüdafiəçi karyerasını İspaniyada davam etdirəcək. “Jirona” futbolçunu “Mançester Siti”dən altı ay müddətinə icarəyə götürəcək. Razılaşmanın yanvarın əvvəlində qüvvəyə minəcəyi bildirilir.
19 yaşlı futbolçu mövsümün ilk yarısını “Bayer Leverkuzen”də keçirsə də, gözləntiləri doğrultmayıb və əsas heyətdə möhkəmlənə bilməyib.
Qeyd edək ki, Klaudio Eçeverri “Bayer Leverkuzen”in heyətində 11 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Transfermarkt portalına əsasən, gənc futbolçunun bazar dəyəri 15 milyon avro təşkil edir.
Afrika Millətlər Kuboku: Nigeriya və Tunisdən qələbə
“Bornmut”un futbolçusu Premyer Liqada klubunu dəyişəcək
“Leypsiq”in futbolçusu Liqa 1-də - RƏSMİ
İstanbul derbisində sevinən tərəf “Beşiktaş” oldu - YENİLƏNİB
Belçika millisinin üzvü “Milan”dan ayrılıb