Bakı. Trend:
Asiya İnkişaf Bankı (AİB) Asiya və Sakit okean regionundaDayanıqlı Nəqliyyat Təşəbbüslərinin Sürətləndirilməsi (CatalyzingSustainable Transport Initiatives in Asia and the Pacific) adlıregional təşəbbüsü həyata keçirir. Bu təşəbbüs bankın üzvölkələrinə dayanıqlı nəqliyyat sistemlərinin formalaşdırılmasındadəstək göstərilməsini nəzərdə tutur.
Trend bu barədəAİB-ə istinadən məlumat verir.
Məlumata görə, layihə Asiya və Sakit okean regionunun geniş birhissəsini, eləcə də Azərbaycan, Ermənistan, Qazaxıstan, Gürcüstan,Türkiyə, Mərkəzi və Cənubi Asiya ölkələrini, Cənub-Şərqi Asiyanı vəSakit okeanın ada dövlətlərini əhatə edir.
Qeyd olunur ki, texniki yardımın ümumi həcmi 500 min ABŞ dollarıtəşkil edir.
“Müsabiqə çərçivəsində benefisiar ölkələrə dayanıqlı nəqliyyatagələcək investisiyaların sistemli şəkildə planlaşdırılması üçüntexniki yardım göstəriləcək. Proqram ilkin mərhələdə diaqnostikqiymətləndirmələrin aparılmasını, infrastruktur layihələrinin idarəedilməsinin gücləndirilməsini, həmçinin qabaqcıl texniki həllərinvə maliyyə strategiyalarının, o cümlədən özəl sektorun iştirakimkanlarının öyrənilməsini nəzərdə tutur.
Xüsusi diqqət məqsədli təlim proqramları, o cümlədən “AİBNəqliyyat Sahəsində Liderliyin Gücləndirilməsi Proqramı” vasitəsilətexniki və institusional potensialın artırılmasına yönəldiləcək.Təşəbbüs eyni zamanda iqlimə dayanıqlı nəqliyyat sistemlərinininkişafına, rəqəmsal transformasiyaya, aşağı karbonlu və dairəvihəllərin tətbiqinə, yol hərəkəti təhlükəsizliyinin artırılmasına vəinklüziv artımın təmin edilməsinə xidmət edir”, – məlumatdabildirilib.