
Vatikanın başçısı Papa XIV Leo Milad bayramı münasibətilə, xüsusilə Rusiya–Ukrayna müharibəsi fonunda dünyada 24 saatlıq atəşkəs elan olunmasına çağırıb.
Missiya.Az xəbər verir ki, Papa Roma yaxınlığındakı Kastel Qandolfodan Vatikana qayıdarkən jurnalistlərə açıqlamasında bu müraciəti edib.
“İsa Məsihin doğumunun qeyd edildiyi bu gündə Ukraynada və bütün dünyada heç olmasa 1 gün atəşkəs olmasını arzulayıram”, – Papa bildirib.
Yaxın Şərqdəki vəziyyətə toxunan Papa XIV Leo Qəzzada sülh prosesinin hələ də kövrək olduğunu vurğulayıb və bölgədə sülhə ümid etdiyini deyib.
Seyranə QuliyevaMissiya.Az