
Nigeriyanın mərkəzində yerləşən Plateau ştatında silahlı şəxslər illik İslam tədbirinə gedən 28 müsəlman səyahətçini qaçırıblar.Ulusum.az xəbər verir ki,yerli polis BBC-yə bildirib ki, qadınlar və uşaqların da olduğu qrup bazar günü gecəsi kəndlər arasında hərəkət edən avtobusda pusquya salınıb. Polis sözçüsü Alabo Alfred qeyd edib ki, qaçırılanların azad edilməsi üçün əraziyə xüsusi qüvvələr və texniki vasitələr yerləşdirilib.Hadisə, Nigeriya hakimiyyətinin ötən ay Niger ştatında katolik internat məktəbindən oğurlanan 130 şagird və müəllimin azad edildiyini açıqlamasından cəmi bir gün sonra baş verib. Yerli jurnalistlərin bildirdiyinə görə, qaçırılan şəxslərin ailələri artıq fidyə tələbləri almağa başlayıblar.Rəsmi qurumlar hadisənin cihadçı qruplarla əlaqəli olmadığını bildirir. ABŞ prezidenti Donald Trampın Nigeriyadakı təhlükəsizlik vəziyyəti ilə bağlı sərt açıqlamaları isə son aylarda ölkəyə beynəlxalq diqqəti yenidən artırıb. Nigeriya hökuməti xristianların hədəfə alındığı iddialarını rədd edir və ABŞ-ın paytaxtı Vaşinqtonla münasibətlərin normallaşdığını bəyan edib.Nigeriyanın Plateau ştatında silahlı şəxslər illik İslam tədbirinə gedən 28 müsəlman səyahətçini qaçırıb. Polis xilasetmə əməliyyatı aparır.Ulusum.az
Diqqət Çəkənlər
Özbəkistanda Azərbaycan mətbəxinin dadını hiss etmədən dönmək olmaz VİDEO
Özbəkistanda Mirzə Qədim İrəvaninin yaradıcılığına həsr olunmuş rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb VİDEO
ABŞ-da qocalar evində partlayış olub, 2 nəfər ölüb VİDEO