AZ

Tailand Kambocaya F-16 qırıcıları ilə hücum edib

Bakı. Trend:

Tailandın F-16 qırıcıları yenidən Kamboca ərazisinə hücum edərəksərhəddən təxminən 60 kilometr məsafəyə qədər irəliləyiblər.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə Kambocanın Milli MüdafiəNazirliyinə istinadla məlumat yayıb.

Məlumata görə, dekabrın 24-də səhər saat 10 radələrində (Bakıvaxtı ilə 07:00) Tailand şimal-qərbi Kambocanın Battambanqəyalətinin Banan rayonu ərazisinə F-16 qırıcılarından altı bombaatıb.

Müdafiə Nazirliyinin bəyanatında bildirilir ki, sakinlərTailandın havadan həyata keçirdiyi təcavüz səbəbindən qaçmağaməcbur qalıblar.

Daha əvvəl “Khmer Times” nəşri Tailand artilleriyası vəaviasiyasının Kambocanın sərhədyanı bölgələrinə endirdiyi zərbələrnəticəsində 111 fərdi yaşayış evi, 5 məktəb, 3 tibb mərkəzi, birbazar, anbarlar, bir neçə qədim məbəd, 11 inzibati bina, 5 hotel,bir neçə körpü, yanacaqdoldurma məntəqəsinin və 28 avtomobilindağıldığını və ya tamamilə məhv edildiyini yazırdı.

Seçilən
38
az.trend.az

1Mənbələr