AZ

Venesuela və ABŞ arasında "təhlükə" gərginliyi – ÖZƏL

əOlaylar.az xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının iclasında Venesuelanın daimi nümayəndəsi Samuel Monkada bəyan edib ki, sülh üçün əsas təhlükə Karakasdan deyil, ABŞ hökumətindən gəlir.

Venesuelalı diplomatın bu çıxışı ABŞ-nin daimi nümayəndəsi Mayk Voltsun ittihamlarına cavab olub. Belə ki, Volts daha əvvəl Venesuela prezidenti Nikolas Maduronun yürütdüyü siyasəti region və ABŞ-nin təhlükəsizliyi üçün "müstəsna təhlükə" adlandırmışdı.
"Dünya bilməlidir ki, təhlükə Venesuela deyil, ABŞ-ın hazırkı hökumətidir" - deyə Monkada vurğulayıb.

Xatırladaq ki, "The Wall Street Journal"ın məlumatına görə, ABŞ Karib dənizi regionuna çox sayda xüsusi təyinatlı təyyarə, qoşun və hərbi texnika yerləşdirib. Bu addım Vaşinqtonun bölgədəki potensial hərbi əməliyyatlar üçün imkanlarını genişləndirmək cəhdi kimi qiymətləndirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
36
olaylar.az

1Mənbələr