AZ

“Mançester Siti” 75 milyona yeni hücumçu alır

BAKI, 24 dekabr. TELEQRAF

İngiltərənin “Bornmut” klubunun futbolçusu Antuan Semenyo “Mançester Siti”yə keçə bilər.

Teleqraf "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, 25 yaşlı forvard “Liverpul”, “Mançester Yunayted”, “Çelsi” və “Tottenhem”in təklifini geri çevirərək Pep Qvardiolanın komandasını seçib.

Qış transfer pəncərəsində Semenyonun keçidi 75 milyon avroya başa gələcək.

Qeyd edək ki, cari mövsümdə İngiltərə Premyer Liqasında Semenyo 16 oyunda iştirak edib, 8 qol vurub və 3 məhsuldar ötürmə verib.

Seçilən
33
teleqraf.com

1Mənbələr