AZ

“Qarabağ”ın futbolçuları “bazara” damğa vurdu

futbolpress-az portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Transfermarkt” portalı Premyer Liqada çıxış edən futbolçuların qiymətlərini yeniləyib.

Futbolpress.az-ın məlumatına görə, liqanın ən dəyərli oyunçusu Leandro Andradedir. “Qarabağ”ın vingerinin qiyməti 3 milyon avrodur.

İkinci sıradakı Kadi Borges və üçüncü Nəriman Axundzadə eyni qiymətə sahibdir – 2.5 milyon avro. Nərimanın dəyəri artıb və o, eyni zamanda yerli futbolçular arasında ən yüksək transfer məbləği olan oyunçudur.

Dördüncü və beşinci pillədə də “Qarabağ”ın futbolçuları yer alıb. Mateuş Koxalskinin dəyəri 2, Oleksey Kaşukunku isə 1.8 milyon avrodur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
futbolpress.az

1Mənbələr