AZ

İrandan mediaya Venesuela QADAĞASI: “Qərbin yalanlarına uymayın”

İran mediasına Venesuela ilə bağlı xəbərdarlıq edilib.

İnterpress.az xəbər verir ki, bu barədə “Iran International” məlumat yayıb. 

Məlumata görə, İranın Ali Milli Təhlükəsizlik Şurası yerli kütləvi informasiya vasitələrinə (KİV) Venesuelaya qarşı yönəlmiş qərəzli, yalan və təhrif olunmuş xəbərlərin dərcindən çəkinməklə bağlı direktiv verib.

Prezident Məsud Pezeşkian tərəfindən imzalanan sənəddə bildirilir ki, ABŞ iqtisadi, hərbi və psixoloji metodlardan istifadə edərək Venesuelaya sərt təzyiq göstərir. Qərb mediası isə psixoloji müharibəni qızışdırmaq məqsədilə yalan məlumatlar yayır.

Direktivdə İran mediasına xəbərdarlıq edilir ki, xəbərləri işıqlandırarkən ehtiyatlı davransınlar və ABŞ-nin Venesuelaya qarşı təşkil etdiyi “psixoloji əməliyyat”ın iştirakçısına çevrilməsinlər.

Qeyd edək ki, İran ənənəvi olaraq Venesuelanı siyasi, iqtisadi və hərbi məsələlərdə dəstəkləyir. İki ölkə arasında münasibətlər son illərdə, xüsusən də 2022-ci ildə imzalanmış əməkdaşlıq sazişindən sonra daha da möhkəmlənib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
7
interpress.az

1Mənbələr