Yazını böyüt
Yazını kiçilt
Amerikalı tennisçi Vinus Uilyams sosial şəbəkələrdə 37 yaşlı aktyor Andrea Preti ilə evləndiyini açıqlayıb.
Hafta.az xəbər verir ki, bu barədə "Vogue" jurnalı yazır. Bildirilir ki, cütlük 2025-ci il yanvarın 31-də nişanlanıb.
Toy mərasimi ötən həftəsonu ABŞ-nin Palm-Biç şəhərində baş tutub.
"Bəli, bu doğrudur. Biz evləndik. Bu, bir xəyal idi və hələ də xəyal kimi qalır", - deyə Uilyams yazıb.
Qeyd edək ki, Vinus Uilyamsın 45 yaşı var. O, fərdi yarışlarda 5 dəfə "Uimbldon", 2 dəfə isə "US Open" çempionu olub. Keçmiş bir nömrəli raketka ustası həmçinin 4 qat Olimpiya çempionudur.