AZ

Elektron siqaretlərlə bağlı layihədə DƏYİŞİKLİK – Bu tarixdən QÜVVƏYƏ MİNƏCƏK

Xəbər verdiyimiz kimi Azərbaycanda elektron siqaretlərdən istifadə qadağan olunacaq. Bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında “Tütün və tütün məmulatı haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağan ediləcək.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib. 

Layihədə ilkin olaraq 1 fevral 2026-cı ildən etibarən elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsinin qadağan edilməsi nəzərdə tutulurdu. Lakin son məlumata görə parlament tətbiq müddətini bir qədər ertələyərək 1 aprel 2026-cı il olaraq müəyyən edib.

Bəs bu ertələmənin səbəbi nədir?

Sualı cavablandıran qanun layihəsinin təşəbbüskarı, Millət vəkili Fazil Mustafa Bizim.Media-ya açıqlamasında bildirib ki, sahibkarların marağına əsasən belə bir addım atıldı:

“Çünki sahibkarlar müqavilə bağlayıblar, vergi ödəyiblər. Bu səbəbdən onlara vaxt vermək lazımdır ki, böyük ölçüdə ziyana düşməsinlər. Ona görə də bu müddəti bir qədər də artırmaq məqsədəuyğun olardı.

Bu məsələdə birinci növbədə vətəndaşın sağlamlığı düşünülməlidir. Lakin sahibkarların da marağı nəzərə alınmalıdır. Çünki bu qadağan olunmamış sahə idi. Ona görə də bu sahəyə sərmayə qoyanlar çox idi. Bu baxımdan qısa zamanda qanunun qüvvəyə minməsi sahibkarlar üçün ciddi problemə çevrilir. Məhz bu səbəblər nəzərə alınaraq belə bir addım atıldı”.

Surxay Atakişiyev, Bizim.Media

Seçilən
26
bizim.media

1Mənbələr