Diplomatın sözlərinə görə, nəzəri baxımdan Rusiya ilə Braziliya arasında mümkün birbaşa aviareyslər təkcə sərnişinlərin Braziliyaya çatdırılması üçün deyil, eyni zamanda onların Rio-de-Janeyro və ya San-Paulu vasitəsilə Cənubi Amerikanın digər ölkələrinə tranziti üçün də istifadə oluna bilər.
Səfir qeyd edib ki, belə reyslərin açılması məsələsi hökumətlərarası səviyyədə müzakirə olunur və bu istiqamətdə dialoq aparılması tamamilə mümkündür.
Onun fikrincə, Braziliyanın iri hava limanları rus turistlər üçün region üzrə səyahət imkanlarını genişləndirə və ölkəni strateji nəqliyyat qovşağına çevirə bilər
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31