AZ

Levandovskinin "Barselona"da qalmaq üçün hansı güzəştlərə getməyə hazır olduğu məlum oldu

BAKI, 24 dekabr. TELEQRAF

Polşalı futbolçu Robert Levandovski “Barselona”da qalmaq üçün müəyyən güzəştlərə hazırdır.

Teleqraf “Sport.es” nəşrinə istinadən xəbər verir ki, 37 yaşlı forvard Kataloniya klubunda ikinci planda rol almağa və gənc futbolçuların inkişafına kömək etməyə razıdır.

Bundan əlavə, Levandovski müqavilənin uzadılması halında maaşının əhəmiyyətli dərəcədə azaldılması şərtini də qəbul edir.

Qeyd edək ki, cari mövsümdə Levandovski bütün turnirlərdə 18 oyunda iştirak edib, səkkiz qol və iki məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun “Barselona” ilə mövcud müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.

Seçilən
30
teleqraf.com

1Mənbələr