"Bornmut"un cinah hücumçusu Antuan Semenyo karyerasını İngiltərə nəhəngi "Mançester Siti"də davam etdirəcək.
Fanat.Az xəbər verir ki, 25 yaşlı ulduzla "Liverpul" ciddi maraqlansa da, o, "şəhərlilər"ə keçməyə razılaşıb.
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Bornmut"un hücumçusu tanınmış insayder Fabritsio Romanoya Antuan Semenyonun transferini dəstəklədiyini bildirib. Qvardiola müzakirələrdə fəal iştirak edib. İspaniyalı menecer əvvəlcə idman direktoru Uqo Viana tərəfindən irəli sürülən 25 yaşlı ulduzun transferi ideyasını təsdiqləyib.
Antuan Semenyonun transferi "Mançester Siti"yə təxminən 75 milyon avroya başa gələcək. Transfer yanvarın 10-dək başa çatmalıdır, çünki oyunçunun bu məbləğə transfer olunmasına icazə verən sərbəst buraxılış bəndi o vaxta qədər qüvvədədir.