AZ

Epşteyn işi: Ədliyyə Nazirliyi materialların açıqlanmasını yekunlaşdırır

BAKI, 24 dekabr. TELEQRAF

ABŞ Ədliyyə Nazirliyi amerikalı maliyyəçi Ceffri Epşteyn işi ilə bağlı materialların dərcini yaxın günlərdə yekunlaşdırmağı planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə Axios portalı mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, ABŞ prezidenti Donald Trampın administrasiyasının qiymətləndirməsinə əsasən, bütün materialların dərcinin tamamlanması üçün təxminən bir həftə vaxt tələb olunur. Bu müddətdə əlavə olaraq 700 minə yaxın sənəd səhifəsinin yoxlanılması nəzərdə tutulur.

Portalın mənbələrinin bildirdiyinə görə, Ədliyyə Nazirliyi artıq Epşteyn işi ilə bağlı təxminən 750 min sənədi ictimaiyyətə açıqlayıb. Sənədlərin dərcindən öncə yoxlanılması prosesinə 200-ə yaxın nazirlik əməkdaşı cəlb olunub.

"Axios" yazır ki, administrasiya bu mövzuya medianın göstərdiyi davamlı diqqətdən narazıdır. Mənbələrdən biri qeyd edib ki, həm Konqresin addımlarına, həm də administrasiyanın cavab tədbirlərinə qarşı ciddi narazılıq mövcuddur və bu mövzunun gündəmdən düşməməsi narahatlıq doğurur. Eyni zamanda, illər boyu xəbər mövzusu sayılmayan məsələnin indi aparıcı xəbərə çevrilməsi mediaya qarşı narazılığı artırıb.

Seçilən
36
teleqraf.com

1Mənbələr