Bakı. Trend:
9-11 oktyabr 2025-ci il tarixlərində Bakı şəhərində keçirilən“İtkin düşmüş şəxslər məsələsinin həlli üçün səylərinbirləşdirilməsi və əməkdaşlığın gücləndirilməsi” mövzusundabeynəlxalq konfransda qəbul edilmiş bəyannamə BMT BaşAssambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi dərcolunub və yayılıb.
Trend-inməlumatına görə, Azərbaycanın BMT yanında daimi nümayəndəsi TofiqMusayev bununla bağlı BMT Baş katibinə məktub ünvanlayıb.
O, məktubun və bəyannamənin yer aldığı əlavənin Baş Assambleyasıgündəliyinin 31, 69, 71 və 84-cü bəndləri çərçivəsində vəTəhlükəsizlik Şurasının sənədi kimi yayılması ilə bağlı müraciətedib.