AZ

Venesuelada dəniz quldurluğuna qarşı qanun qəbul edilib

Yeni sənəd gəmiçiliyin blokadası və piratçılığın maliyyələşdirilməsinə qarşı sərt tədbirləri ehtiva edir...

Poliqon xəbər verir ki, Venesuela Milli Assambleyası “Piratçılıq, blokada və digər beynəlxalq qanunsuz hərəkətlər şəraitində gəmiçiliyin və ticarətin azadlığının təmin edilməsi haqqında” qanunu qəbul edib. Reuters Agentliyinin məlumatına görə, sənəd hakimiyyətə yaxın deputat Cuzeppe Alessandrello tərəfindən təqdim olunub və deputatlar tərəfindən yekdilliklə dəstəklənib.

Qanuna əsasən, dəniz quldurluğunu təşviq edən, maliyyələşdirən və ya gəmiçiliyin blokadası ilə bağlı hərəkətlərdə iştirak edən şəxslər üçün 20 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Sənəd hazırda Venesuela hökumətinə imzalanmaq üçün göndərilib və rəsmi dərc edildikdən sonra qüvvəyə minəcək.

Qanunun qəbulu regionda gərginliyin artdığı bir vaxta təsadüf edir. Belə ki, dekabrın 16-da ABŞ prezidenti Donald Tramp Venesuelaya qarşı dəniz blokadasının başladıldığını elan edib. Bundan sonra ABŞ hərbi qüvvələri Venesuela sahilləri yaxınlığında iki neft tankerini ələ keçirib və daha bir tankeri təqib etməyə cəhd göstərib.

Bu hadisələr dekabrın 23-də BMT Təhlükəsizlik Şurasının iclasında müzakirə olunub. İclasda Rusiya və Çin nümayəndələri ABŞ-nin addımlarını kəskin tənqid ediblər. Vaşinqtonun təmsilçisi isə cavab olaraq Venesuelaya qarşı sanksiyaların maksimum dərəcədə sərtləşdiriləcəyini bəyan edib.

Poliqon.info

Seçilən
26
poliqon.info

1Mənbələr