ain.az, Oxu.az portalına istinadən məlumat verir.
"Məcburi köçkün düşəndə 32 yaşım var idi, indi 66 yaşımda yenidən doğma yurduma qayıdıram".
Bu sözləri Oxu.Az-a açıqlamasında bu gün Cəbrayıl rayonunun Horovlu kəndinə köç edən Taybəs Quliyeva bildirib.
O qeyd edib ki, doğma yurduna böyük sevinclə qayıdır:
"Bu günə şükür. Çox əziyyət çəkdik. Bu günü səbirsizliklə gözləyirdik. Allah Prezidentimizin canını sağ eləsin, Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Şəhidlərimizin ruhu və qazilərin qarşısında baş əyirəm. Onların sayəsində biz əmin-amanlıqla öz evimizə qayıdırıq".
Xatırladaq ki, bu gün Horovlu kəndinə 19 ailə - 70 sakin köçürülür.
Elmidar Əliyev
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.