AZ

Qafqaz sakinlərində qeyri adi genlər TAPILDI

Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ufa Elm və Texnologiya Universitetinin alimləri Qafqaz regionunda yaşayan insanlarda əvvəllər məlum olmayan DNT dəyişiklikləri aşkar ediblər.

Oxu.Az xəbər verir ki, bu barədə KP.RU-ya Rusiya Təhsil və Elm Nazirliyindən məlumat verilib.

Tədqiqatçılar Şimali və Cənubi Qafqazın müxtəlif populyasiyalarına aid insanların tam genom ardıcıllığını araşdırıblar. Araşdırmaya əsasən, DNT nümunələrinin bir hissəsi yüksək dağlıq ərazilərdə və dağətəyi zonalarda yaşayan insanlara məxsusdur.

Qeyd olunub ki, Şimali Qafqaz dedikdə Rusiyanın Dağıstan, Çeçenistan, İnquşetiya, Kabardin-Balkar Respublikası, Şimali Osetiya və Krasnodar diyarının dağlıq rayonları, Cənubi Qafqaz dedikdə isə Gürcüstan, Ermənistan, Azərbaycan, Abxaziya və Cənubi Osetiya əraziləri nəzərdə tutulur.

Araşdırma zamanı, ilk növbədə, bədən hüceyrələrinin oksigen çatışmazlığına reaksiyasına nəzarət edən EGLN1 geni diqqət mərkəzində olub. Bu genə Tibet və And dağlarında yaşayan insanlarda da rast gəlinir. Lakin alimlər Qafqaz xalqlarında, xüsusilə balkarlarda, dünyanın digər yüksək dağlıq bölgələrində indiyədək qeydə alınmamış yeni gen mutasiyaları aşkarlayıblar.

İkinci mühüm tapıntı isə genomun sabitliyini qoruyan SPRTN geni ilə bağlıdır. Bildirilib ki, Qafqazda əsrlər boyu dağlıq ərazilərdə yaşamış xalqlar üçün ümumi olan gen variantları ilə yanaşı, yalnız bu regiona xas nadir variantlar da müəyyən edilib.

Tədqiqat Ufa Elm və Texnologiya Universiteti, Rusiya Elmlər Akademiyasının Ufa Federal Tədqiqat Mərkəzinin Biokimya və Genetika İnstitutu, Başqırdıstan Dövlət Tibb Universiteti və Lomonosov adına Moskva Dövlət Universitetinin alimləri tərəfindən aparılıb.

Alimlərin qənaətinə görə, bölgə əhalisi minilliklər ərzində dağlıq və düzənlik ərazilər arasında köç edərək çoxqatlı genetik uyğunlaşma mexanizmi formalaşdırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
1
oxu.az

2Mənbələr