AZ

Cəbrayıla qayıdan keçmiş məcburi köçkün: Bu günü həsrətlə gözləyirdik

ain.az bildirir, Oxu.az portalına istinadən.

"Bu gün Cəbrayılın Horovlu kəndinə qayıdırıq. Mənim üçün bundan böyük xoşbəxtlik yoxdur".

Bunu Oxu.Az-a açıqlamasında dekabrın 24-də növbəti köç karvanı ilə Cəbrayıla qayıdan Asif Əhmədov deyib.

O, buna görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib:

"Bu günü bizə yaşatdıqları üçün şəhidlərimizə, qazilərimizə minnətdaram. Gözlərimə inanmıram ki, Horovluya qayıdıram. Çox sevincliyəm. Şəhidlərimizin ailələrinə, qazilərimizə təşəkkür edirəm, onların qarşısında baş əyirəm. Hər zaman uzaqdan doğma yurduma baxıb, həsrətini çəkirdim. Bu günü biz Prezidentimizə, onun fəaliyyətinə, daxili və xarici siyasətinə borcluyuq. Çox şükür Allaha. Bütün keçmiş məcburi köçkünlərin gözləri aydın olsun. Bu günləri çox həsrətlə gözləyirdik".

Xatırladaq ki, bu gün Horovlu kəndinə 19 ailə - 70 sakin köçürülür.

Elmidar Əliyev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
oxu.az

1Mənbələr