AZ

Baş Qərargah rəisi və hərbi nümayəndə heyəti Türkiyədəki aviaqəzada həlak olub

Liviya Milli Birlik Hökumətinin baş naziri Əbdülhəmid Dibeybə Ankaraya rəsmi səfərdən qayıdarkən baş verən faciəli aviasiya qəzasında Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd əl-Həddad və onu müşayiət edən hərbi nümayəndə heyətinin həlak olması ilə bağlı başsağlığı mesajı yayımlayıb.

Musavat.com xəbər verir ki, baş nazir bəyanatında rəsmi səfərdən dönüş yolunda baş verən bu faciəli hadisə xəbərini dərin kədərlə qarşıladığını bildirib. Dibeybənin sözlərinə görə, general Həddad və onunla birlikdə olan şəxslərin itkisi Liviya dövləti üçün ağır zərbədir.

"Bu dəhşətli itki dövlətimiz, müdafiə qurumlarımız və bütün xalqımız üçün böyük faciədir. Biz Vətənə sədaqətlə xidmət etmiş, intizamı, məsuliyyəti və vətənpərvərliyi ilə seçilən nümunəvi şəxsləri itirdik". - deyə baş nazir vurğulayıb.

Əbdülhəmid Dibeybə həlak olanların ailələrinə, yaxınlarına və silahdaşlarına dərin hüznlə başsağlığı verib, Allahdan mərhumlara rəhmət, ailələrinə isə səbir diləyib.

***

Liviyanın Milli Birlik Hökumətinin (PNE) baş naziri Türkiyədə baş verən aviasiya insidentində Silahlı Qüvvələrin Baş Qərargah rəisi general əl-Həddadın və onu müşayiət edən hərbi nümayəndə heyətinin üzvlərinin həlak olduğunu rəsmən təsdiqləyib.

Musavat.com xəbər verir ki, bu barədə baş nazirin yaydığı rəsmi bəyanatda bildirilib. Açıqlamada qeyd olunur ki, hadisə ilə bağlı Türkiyə tərəfi ilə daimi əlaqə saxlanılır, qəzanın səbəbləri araşdırılır və istintaqın nəticələri üzrə əlavə məlumatlar daxil olduqca ictimaiyyətə açıqlanacaq.

Bəyanatda həmçinin vurğulanır ki, Liviya hökuməti faciə nəticəsində həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
35
olaylar.az

1Mənbələr