AZ

Üç F1 komandası 2026-cı il qaydaları ilə bağlı FIA-ya müraciət edib

Bakı. Trend:

“Ferrari”, “Audi” və “Aston Martin/Honda” şirkətləri 2026-cı il“Formula-1” qaydalarında yanacaq sıxılma nisbəti limitinə dairmübahisəli məqamlara aydınlıq gətirilməsi üçün FIA-ya birgə məktubünvanlayıblar.

Trend xəbər verirki, bu barədə “The Race” nəşri məlumat yayıb.

Məktubun göndərilməsinə səbəb “Mercedes” və “Red Bull”un statikşəraitdə mühərrik sınaqlarının xüsusiyyətlərindən istifadə etməkləqaydaları öz xeyirlərinə şərh edə bilmələri ilə bağlı iddialarolub. Mənbələrə görə, bu cür yanaşma dövrə başına saniyənin ondabir hissəsinə qədər üstünlük verə bilər.

FIA daha əvvəl mövcud ölçmə prosedurlarının qaydalara uyğunolduğunu bildirsə də, məsələnin 2026-cı il mövsümünün əvvəlindədaha geniş müzakirə və hətta etiraz mövzusuna çevrilə biləcəyiistisna edilmir.

Seçilən
47
az.trend.az

1Mənbələr