Axar.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Dekabrın 15-də “Novorossiysk” limanında sualtı qayıq bombalanmazdan əvvəl Ukrayna Təhlükəsizlik Xidməti əməliyyata müdaxilə edə biləcək İl-38N dəniz kəşfiyyat təyyarəsini vurub.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilib ki, bu xüsusi əməliyyatın əsas mərhələlərindən biri Rusiya sualtı qayıq əleyhinə təyyarəsinin sıradan çıxarılması olub.
“Yeysk aviabazasında məhv edilən modernləşdirilmiş İl-38N kəşfiyyat təyyarəsi dəniz kəşfiyyatı, sualtı qayıqların aşkarlanması, minalama və torpedo zərbələri üçün nəzərdə tutulub. Zədələnmiş təyyarə SBU-nun dəniz dronlarına aktiv şəkildə müdaxilə edib”.
Qeyd edək ki, dekabrın 15-də Ukrayna Təhlükəsizlik Xidməti (SBU) unikal xüsusi əməliyyat həyata keçirərək “Novorossiysk” limanında Rusiya donanmasına məxsus “Varşavyanka” sinifli sualtı gəmini partladıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.